Bu gün:

Pompeydə ölümlərin digər səbəbi


79-cu ildə Vezuvi dağının püskürməsi ilə eyni vaxtda baş verən zəlzələ Pompeydə ölümlərə səbəb ola bilər.

Yeni araşdırmalar göstərir ki, eramızın 79-cu ildə Vezuvi dağının dağıdıcı püskürməsindən sonra Pompeydə ölən qurbanlar eyni vaxtda baş verən zəlzələdə ölmüş ola bilər.

Tədqiqatlar göstərir ki, yeraltı təkanlar eramızın 79-cu ildə Vezuvi dağının püskürməsi zamanı baş verib və binaların insanların üzərinə çökməsinə səbəb olub.

Arxeoloqların hesablamalarına görə, Pompey əhalisinin 15-20 faizi nəhəng qaz və kül buludunun şəhəri bürüdüyü zaman əsasən termal şokdan öldü.

Daha sonra vulkanik kül evləri, ictimai binaları, obyektləri və hətta insanları mükəmməl qoruyaraq Roma şəhərini əhatə etdi və bu xarabalıqlar 16-cı əsrin sonlarında aşkar edildi.

2023-cü ilin mayında arxeoloqlar iki kişinin skeletini aşkar etdilər və onların istilik və odlu qaz və kül buludlarından deyil, divarların uçması nəticəsində yaranan travmadan öldüklərini də müəyyən etdilər. Qurbanlardan biri başını qoruyurmuş kimi sol əli yuxarı qaldırılmış vəziyyətdə tapılıb.

“Qeyd etmək lazımdır ki, bu cür travmalar müasir zəlzələlərlə əlaqəli fərdlərin travmalarına bənzəyir”, - müəlliflər yazır, uçan divarların daş və dağıntıların düşməsi ilə deyil, seysmik aktivliklə bağlı olduğunu qeyd edirlər.


Mənbə: arkeofili 

Tərcümə etdi:Aytac Musayeva 

Paylaş
Şərh əlavə et