Kiprdə Tunc dövründə öldürüldükdən sonra, maraqlısı odur ki, ətrafına divar hörülmüş qadının yanında nəhəng monolit tapılıb.

Bu dəhşətli təcrübənin ən son aşkar edilmiş qurbanı bu yaxınlarda Erimidəki Tunc dövrünə aid ərazidə tapıldı. Tədqiqatçılar həmçinin təxminən 4000 il əvvəl ucaldıldığı təxmin edilən 2,3 metr hündürlüyündə sirli bir monolit tapdılar.
Erimi müasir Limassol şəhərinin yaxınlığındakı əhəng daşı terrasında yerləşir və eramızdan əvvəl 2000-1600-cü illər arasında Orta Tunc dövründə çiçəklənən canlı sənətkarlar yaşayış məntəqəsi idi. Qəsəbə sakinlərinin boyalı parçalar istehsalındakı təcrübələri sayəsində uğur qazandıqları düşünülür. Əvvəlki qazıntılar zamanı emalatxanaların, anbarların, boyaq qazanlarının, yaşayış massivlərinin və qəbiristanlığın mövcudluğu aşkar edilmişdir.
Tədqiqatçılar monolitin məqsədini anlaya bilməsələr də, ortada kiçik dairəvi motivin olduğunu və tamamilə hamar olduğunu bildirirlər. Bombardieri deyir: "Əvvəlcə otağın ortasında dayanan monolit kiçik dairəvi ocağın qarşısında dayanan böyük amforanı yıxdı və parçaladı".
Layihə rəhbəri Erimidə, ruhunun şəhəri təqib etməsinin qarşısını almaq üçün döyülmüş cəsədi evin içərisində divarla əhatə olunmuş gənc qadın şəklində ikinci təəccüblü kəşfdən danışdı. Bombardieri izah etdi ki, yaşı 20-dən çox olmayan qurbanı sanki hərəkətsiz saxlamaq üçün bədəninə ağır bir daş qoyulmazdan əvvəl başını daş və ya nizə ilə sındırıblar.
Yazıq qadını şəhər qəbiristanlığında məzara basdırmaq əvəzinə öz evinə bağladılar. Buna görə də gənc qızın Erimidə qəsdən digər cəsədlərdən ayrıldığı görünür, lakin tədqiqatçılar bunun səbəbini açıqlaya bilmirlər. Tədqiqatçıların bildiyi budur ki, bu, təcrid olunmuş bir hal deyil, çünki adanın müxtəlif yerlərində eyni şəraitdə tarixin eyni dövrünə aid ən azı 15 gənc qadının cəsədi aşkar edilib.
Mənbə: Britannica.com
Tərcümə etdi: Aytac Musayeva
