
İtaliyada inşaat işçiləri vaxtilə Roma imperatoru Kaliqulaya məxsus olan 2000 illik bağın qalıqlarını aşkar ediblər.
Ərazinin xarabalıqlarını təmizləyərkən arxeoloqlar üzərində aşağısında yazı olan qurğuşunlu su borusu tapdılar: “C(ai) Cæsaris Aug(usti) Germanici”.
Tədqiqatçılar müəyyən ediblər ki, qravüra daha çox Kaliqula kimi tanınan Qay Sezar Avqust Germanikə aiddir (aka “kiçik çəkmə”, uşaqlıqda atasının əsgərləri tərəfindən ona verilən ləqəb).
Tədqiqatçılar yazıya əsaslanaraq bağın məşhur Roma imperatoruna aid olduğunu düşünürlər. Kaliqula nəinki qəddar və amansız lider kimi tanınırdı, həm də senatını aşağılayırdı. Kaliqula eramızın 37-ci ilində taxta çıxdı və eramızın 41-ci ildə onu müdafiə etməli olan Praetorian Qvardiyası tərəfindən öldürüldü.
Bu qənaəti misirli filosof İsgəndəriyyəli Filonun yazdığı “Qayın səfirliyi haqqında” adlı qədim mətndəki bir parça təsdiq edir. Açıqlamaya görə, Kaliqula Misirin İsgəndəriyyə şəhərində yaşayan yəhudilərin nümayəndəsi ilə Tiber çayının sahilindəki böyük bir bağda necə görüşdüyü izah edilir.
Romadakı dövlət qurumu olan Arxeologiya, Təsviri İncəsənət və Landşaft üzrə Xüsusi Müfəttişliyin arxeoloqu Alessio De Cristofaro deyir ki, bu tapıntı ona görə vacibdir ki, Piazza Pia "Horti Agrippinae" Kaliqulanın anası yaşlı Aqrippinanın bağı ilə eyni ərazidədir.
Su borusu həm də 1900-cü illərin əvvəllərində tapılmış və üzərində Augustusun ikinci arvadı və Germanicusun nənəsi İuliya Avqustanın adı ilə yazılmış başqa bir boruya bənzəyir. Tədqiqatçılar bu əmlakın Germanicus tərəfindən miras qaldığını və daha sonra Kaliqulaya getməzdən əvvəl onun arvadı Yaşlı Aqrippinaya keçdiyini düşünürlər.
Borudan əlavə, arxeoloqlar Roma dövrünə aid saxsı qırıntıları və damları bəzəyən mifoloji səhnələrin terakota fiqurlarını da tapdılar.
Mənbə: arkeofili
Tərcümə etdi: Aytac Musayeva
