Milli Kitabxanada Dirçəliş Günü ilə əlaqədar kitab sərgisi açılıb

Milli Kitabxanada Dirçəliş Günü ilə əlaqədar kitab sərgisi açılıb

Noyabrın 17-də Milli Kitabxanada “17 noyabr – Milli Dirçəliş Günüdür” adlı kitab sərgisi açılıb.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, kitabxanadan bildiriblər ki, sərgidə Azərbaycan xalqının milli istiqlal mübarizəsinə, dövlətçilik tariximizə dair Azərbaycan və xarici dillərdə nəşr edilmiş kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.