“Tesla” avtomobilləri üçün sürətli enerji yükləmə stansiyası ilk dəfə istifadəyə verilib

“Tesla” avtomobilləri üçün sürətli enerji yükləmə stansiyası ilk dəfə istifadəyə verilib

MDB-də ilk olaraq Qazaxıstanın paytaxtında ekoloji təmiz "Tesla" avtomobilləri üçün sürətli enerji yükləmə stansiyası istifadəyə verilib.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Tesla “Supercharger” altı super sürətli enerji yükləmə stansiyasının rəsmi açılışı “yaşıl” ekoloji standartlara uyğun tikilmiş çoxfunksiyalı kompleksdə keçirilib.

Stansiyalar Tesla markalı Model S, Model X və Model 3 elektromobillərini doldurmağa imkan verir. “Supercharger” məntəqləri Tesla avtomobilinə 80 dəqiqə ərzində 40 faizə qədər enerji yükləyə bilir.