Əli Əsədov Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə həyətini qəbul edib

Əli Əsədov Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə həyətini qəbul edib

Baş Nazir Əli Əsədov Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətini qəbul edib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən 24media.az-a verilən məlumata görə, noyabrın 5-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyətini qəbul edib.

Görüşdə mövcud münasibətlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.