Fobiyalarımıza necə qalib gələ bilərik?

Fobiyalarımıza necə qalib gələ bilərik?

Fobiya - müxtəlif hadisələrə qarşı insanlarda yaranan qorxu hissi kimi xarakterizə edilir. Yunan dilindən tərcümədə fobiya sözü "qorxu", "həyəcan" mənasını bildirir. Baş gicəllənməsi, titrəmə, tərləmə, ürək döyüntülərinin artması, əl və ayaqların keyiməsi, təngənəfəslik fobiyanın ilkin əlamətlərindəndir. İnsanlarda müxtəlif hallara qarşı fobiya mövcud ola bilər. 
24media.az olaraq fobiyanın müxtəlif növlərini oxucularımız üçün araşdırdıq.

Ripofobiya - üstünü kirlətmə qorxusudur.

Qametofobiya - evlənmək qorxusudur.

Monofobiya - təklik qorxusudur.

Atixifobiya - uğursuz olmaq qorxusudur.

Fotofobiya - işıq qorxusudur.

Filofobiya - sevməkdən qorxmaqdır.

Hematofobiya - qan qorxusudur.

Nozokomefobiya - xəstəxana qorxusudur.

Obesofobiya - kökəlmə qorxusudur.

Tanatofobiya - ölüm qorxusudur.

Zoofobiya - heyvan qorxusudur.

Xenofobiya - yad insanlardan qorxmadır.

Skotofobiya - qaranlıq qorxusudur.

Liqirofobiya - yüksək səsdən qorxmadır.

Enissofobiya - tənqid edilmə qorxusudur.

Qerontofobiya - qocalmaqdan və ya yaşlı insanlardan qorxmadır.
Fobiyası olan insan qorxusu ilə üzləşib, ondan qaçmağı deyil də, mübarizə aparmağı qarşısına məqsəd qoyursa, fobiyanın öhdəsindən asanlıqla gələ bilər.
Fobiyadan qurtulmaq üçün müxtəlif yollar var. Ondan azad olmağın ən effektiv yolu psixoterapiyadır. Bir çox insanlar fobiyalarına qalib gəlmək üçün psixoloqa müraciət edirlər. 
Fobiyanı, həmçinin, dərman preparatlarının köməyi ilə də aradan qaldırmaq mümkündür.