Bu gün:

İnsanlar niyə İtaliyaya səfər edirlər?


İnsanlar niyə İtaliyaya səfər edirlər?

 

Dünyanın hər yerindən insanların İtaliyaya səyahət etmələrinin ən ümumi səbəblərindən bəziləri onun zəngin mədəniyyəti, mətbəxi, incəsənəti, tarixi və modası ilə tanış olmaqdır. "Roman Home"-un məlumatına görə, Qərb mədəniyyətinin vətəni hesab edilən bu ölkə YUNESKO-nun Ümumdünya İrsi saytlarının əksəriyyətinə və bütün dünyadakı yüksək incəsənətin, abidələrin və görməli yerlərin yarısından çoxuna ev sahibliyi edir. 

İtaliyada Milan, Roma, Florensiya, Neapol, Boloniya və Venesiya da daxil olmaqla dünyanın ən məşhur və məşhur şəhərlərindən bəziləri yerləşir. "CNN"-in məlumatına görə, təkcə Roma hər il təxminən 30 milyon qlobal ziyarətçi qeyd edərək, dünyanın ən çox ziyarət edilən 10 şəhərindən biri kimi sıralanır.

 Min illər yaşı olan rəsm və abidələrlə yanaşı, İtaliya minlərlə il əvvələ aid çoxsaylı kilsələri və tikililəri ilə də məşhurdur. İtaliya həm də müstəsna, yaradıcı mətbəxləri ilə məşhurdur və beynəlxalq ziyarətçilər müxtəlif regional yeməklərdən dadmaq üçün şəhərdən şəhərə səyahət edirlər. "Roman Home" qeyd edib ki, turistlər hər bir şəhərin özünəməxsus ləzzətlərini dadmaq üçün bahalı restoranlara getməyə ehtiyac duymurlar, çünki onlar hətta ən adi yemək dayanacaqlarında belə saysız-hesabsız ekzotik və kreativ təamları dada bilərlər. İlin ən gözəl və günəşli iqlimi dünyanın hər yerindən gələn turistləri də cəlb edir.


Mənbə: 411answers.com

Tərcümə etdi: Zəhra Niftiyeva

Paylaş
Şərh əlavə et