Dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyada təxminən 18 min ada var. Bunlardan birinə, Baliyə getdiyiniz zaman diqqətinizi çəkən ilk şey hamının xoşbəxt olması olacaq.

İnsanları, rəqsləri, mədəniyyəti, çimərliyi, dənizi, günəşi və lüks otelləri möhtəşəmdir. Bütün bu xüsusiyyətləri sayəsində Bali ideal bir bal ayı ölkəsi kimi məşhurlaşıb. Bali adasının ilk sakinləri təxminən 4 min il əvvəl bölgədə məskunlaşan tayvanlılar idi. Gəzərkən hər küncə nüfuz edən bədii təfərrüatların səbəbi XV əsrdə adaya rəssamların intensiv köçünün olmasıdır. XIX əsrin sonu və XX əsrin əvvəlləri balililər üçün çox qanlı tarixi dönəmdir. Müqavimətlərə baxmayaraq bu tarixlərdə Hollandiyanın koloniyası olmaqdan qaça bilmədilər.
Mənbə: hüriyyet
Tərcümə etdi: Aynur Mikayılova
