Azərbaycanlı startap planetin ən böyük texnologiya tədbirində

Azərbaycanlı startap planetin ən böyük texnologiya tədbirində

Gələn ay Portuqaliyada keçiriləcək planetin ən böyük texnologiya tədbirinə seçilən startaplar arasında "Eleven Kings Game" də yer alıb.

24media.az xəbər verir ki, seçim mərhələsindən uğurla keçən "Eleven Kings Game" 4 gün ərzində mentor dəstəyi, investorlarla görüş və onlar qarşısında çıxış etmək imkanı əldə edib.

Lissabonda 4 gün ərzində baş tutacaq 'Web Summit"də Portuqaliya Prezindeti, Microsoft-un Prezidenti, "Amazon", "Huawei", "Samsung", "Uber", "Google" kimi şirkətlərin C-level şəxsləri də iştirak edəcək.