Trampın Ərdoğana yazdığı məktub üzə çıxıb

Trampın Ərdoğana yazdığı məktub üzə çıxıb

Donald Trampın oktyabrın 9-da Ərdoğana yazdığı məktub mətbuatda yayılıb.

24media.az "Reuters"-ə istinadən xəbər verir ki, Amerika Prezidenti məktubunda Ərdoğandan Suriyadakı hərbi əməliyyatı dayandırmağı tələb edib.

"Gəlin razılaşaq. Siz minlərlə insanın ölümünə bais olmaq istəməzsiniz, mən də Türkiyə iqtisadiyyatını məhv etmək istəmərəm. Axmaq olmayın. Çətin adam olmayın. Yoxsa tarix sizi şeytan olaraq xatırlayacaq",- deyə Tramp məktubunda qeyd edib.

Amerika Prezidenti Ərdoğana zəng edəcəyini də məktubun sonunda bildirib.