Bu gün:

Duz gölü haradadır?


Duz gölü haradadır və oraya necə çatmaq olar? Hansı şəhərdə yerləşir? Duz gölünün ölçüsü, əmələ gəlməsi və xüsusiyyətləri haqqında öyrənmək istəyirsinizsə, davam edin. 

 Tuz Gölü 

Duz Gölü haradadır? 

Duz gölü Türkiyənin Ankara, Konya və Aksaray vilayətlərinin sərhədlərinin kəsişdiyi nöqtədə yerləşir. Duz Gölü, ümumiyyətlə, Aksaraya daha yaxındır. Aksaraydan maşınla bir saata yaxın məsafədədir. Ankaradan isə maşınla təxminən 2 saatlıq məsafədədir. 

Türkiyənin üçüncü böyük gölü olan Duz gölü bu gün İç Anadolu Bölgəsində yerləşir. Ən çox axtarılan göllərdən biri olan Duz gölü Ankaranın Şereflikoçhisar bölgəsinin sərhədlərinə çox yaxındır. Duz gölünün digər sahili Ankara Konya yolunun üzərində, Cihanbəyli rayonunda yerləşir.


Bəs Duz gölünə necə çatmaq olar? 

Ankara üzərindən Duz Gölünə gələn insanlar Ankara ilə Duz Gölü arasındakı məsafə 149 km-dir. Onlar uzaq məsafə qət etmiş olacaqlar. Ankara Esenboğa Hava Limanından avtomobil və ya birbaşa Ankara mərkəzindən avtomobil icarəyə götürməklə və ya şəxsi maşınla gəlmək mümkündür. Buradan Ankara Konya dövlət yolunu izləyərək, Şereflikoçhisar səmtinə gedərək, oradan da nişanları təqib edərək Duz Gölü sahilinə çatmaq olar. 

Duz gölünün xüsusiyyətləri nələrdir? 

Duz Gölü bu gün ən əhəmiyyətli göllərdən biridir. Bu, əslində dünyanın ikinci ən vacib və ən duzlu gölüdür. Duzlu göl tamamilə qapalı hövzədir, heç bir axını yoxdur. Bundan əlavə, Türkiyədə ən az yağış alan göldür. 

Beynəlxalq meyarlara görə, A sinfi bataqlıqdır. 



Mənbə: CNN Türk
Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et