Cümə günü beş Cənubi Afrika ölkəsi turistlərin daha asan gediş-gəlişini təmin etmək üçün xüsusi ümumi vizanın istifadəsini genişləndirməyi öhdəsinə götürdü.

Kavanqo-Zambezi (KAZA) Transsərhəd Mühafizə Bölgəsini təşkil edən Anqola, Botsvana, Namibiya, Zambiya və Zimbabvenin rəsmiləri prinsipcə bir çox ölkəyə girişə icazə verən univisa adlanan xüsusi vizanın istifadəsini genişləndirməyi vəd edib.
Univisa hazırda Zambiya və Zimbabvedə istifadə olunur və Kazunqulaya vasitəsilə Botsvanaya bir günlük səfərləri əhatə edir.
Zambiyanın Livinqston şəhərində keçirilən KAZA dövlət başçılarının sammitində iştirak edən regional liderlər xüsusi vizanın mühafizə zonasındakı digər dövlətlərə, eləcə də Cənubi Afrika iqtisadi blokuna verilməsini istədiklərini bildiriblər.
Mənbə: Reuters
Tərcümə etdi: Nəzri Süleymanova
