İmran Xan İrana rəsmi səfər edib

İmran Xan İrana rəsmi səfər edib

Pakistanın Baş Naziri İmran Xan İranda rəsmi səfərdədir. Baş Nazir bu gün səhər saatlarında Tehran hava limanına çatıb.

Bu barədə 24media.az "Təsnim" agentliyinə istinadən xəbər verir.

"İki ölkə arasındakı dostluq münasibətləri çərçivəsində, İmran Xan Pakistan və İran arasındakı yaxın əməkdaşlığı daha da gücləndirmək məqsədilə ölkəmizə bu il ərzində ikinci dəfə səfər edib"- deyə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Musəvi bildirib.