Bu gün:

Vyetnam Cənub-Şərqi Asiyada Koreyalı turistlərin ən yaxşı seçiminə çevrilir


Aprel ayında Cənubi Koreyadan təxminən 847,000 nəfər Vyetnamı ziyarət edib ki, bu da ölkədən Cənub-Şərqi Asiya ölkələrinə gələn 2,7 milyon turistin 31,1%-ni təşkil edir.

Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyinin hesabatına görə, Da Nang, Nha Trang, Phu Quoc və Da Lat kimi bir çox görkəmli istiqamətləri ilə Vyetnam Koreyalı istirahət edənlər üçün Cənub-Şərqi Asiyada ən yaxşı istiqamətə çevrilib.

Aprel ayında Seuldan Da Nang, Nha Trang və Phu Quoca gələn turistlərin sayı müvafiq olaraq 173 865, 141 130 və 53 680 nəfər bildirilib.

Mənbə: Vn Express

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et