Kaliforniyada xəz məhsullarına qadağa qoyulub

Kaliforniyada xəz məhsullarına qadağa qoyulub

Kaliforniyada xəz satışı və sirklərdə heyvanların şousu qadağan edilib.

Ştatın qubernatoru Gevin Nyusom, heyvanların qorunmasına yönəlmiş bir sıra tədbirlər, xəz məhsullarının satışına və istehsalına, habelə heyvanların sirklərdə əyləncə vasitəsi kimi istifadəsinə qadağa qoyan sənədlər paketi imzalayıb. Qubernatorun sözlərinə görə, ayı və pələng kimi gözəl, vəhşi heyvanlar keçidlərin üzərinə çıxıb, alov üzərindən tullanmamalıdırlar.

24media.az "RİA Novosti"yə istinadən bildirir ki, Kaliforniya ABŞ-da xəz məhsullarının satışını və istehsalını qadağan edən ilk ştat olacaq. Qanun 2023-cü ildə qüvvəyə minəcək.