Ronaldo 700-cü qolunu vurub

Ronaldo 700-cü qolunu vurub

Portuqaliyanın futbol üzrə yığmasının hücumçusu Kriştiano Ronaldo unikal bir nailiyyət əldə edib.

24media.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, forvard 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin Lüksemburqa qarşı keçirilən matçında (3:0) rəqib qapısından top keçirməklə, peşəkar karyerasında 700-cü  qola imza atmış olub.

Qeyd olunur ki, “Qızıl Top”un beşqat sahibinə 973 oyun lazım olub ki, onlardan 458-ində rəqib qapısından top keçirib. Ümumilikdə, isə o, 12 müxtəlif turnirdə qol vurub.