Bu gün:

Fuji dağının mənzərəsi qarşısında maneə quraşdırılacaq


Yapon səlahiyyətliləri tərəfindən pis davranışlı xarici turistlərin izdihamından əsəbiləşən məşhur turistik məkanda Fuji dağının mənzərələrini əngəlləmək üçün böyük bir maneə quraşdırılacaq.

Fujikavaquçiko şəhərinin rəsmisi cümə günü bildirib ki, 2,5 metr hündürlükdə və 20 metr uzunluğunda divarın tikintisinə gələn həftə başlanacaq.

Agence France-Presse-ə istinadən: "Təəssüf edirəm ki, qaydalara hörmət etməyən bəzi turistlər, ətrafı zibilləyib, yol hərəkəti qaydalarına məhəl qoymadıqları üçün bunu etmək məcburiyyətindəyik".

Mart ayında ziyarətçilərin sayı ilk dəfə olaraq 3 milyonu ötüb. Bu il Yaponiyaya rekord sayda xaricdən turist səfər edir. 

Yaponiyanın ən yüksək dağı olan Fuji dağını Fujikavaquçiko kurort şəhərinin bir çox yerindən çəkmək olar, lakin şəhərin bu hissəsi xüsusilə məşhurdur, çünki əzəmətli və aktiv vulkanı Lavson mağazasının arxasından çox aydın görünür.

Bu tədbir həm də yaxınlıqdakı stomatoloji klinikanın park ərazisində icazəsiz park edən və hətta mükəmməl çəkiliş əldə etmək üçün klinikanın damına çıxan turistlərdən qorunmaq üçün nəzərdə tutulub. 


Mənbə: The Guardian

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et