Qatarın vurduğu qadın xəstəxanada ölüb

Qatarın vurduğu qadın xəstəxanada ölüb

Bakıda sürət qatarının vurduğu qadın xəstəxanada ölüb.

24media.az-ın məlumatına görə, oktyabrın 2-də Keşlə Dəmiryolu stansiyasının yaxınlığında maşinist Ruslan Əhmədovun idarə etdiyi Lokomotiv deposuna məxsus "Stadler -EŞ2-0192"saylı Bakı-Sumqayıt istiqamətdə hərəkətdə olan zaman Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Tacirə Süleymanlını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, o, oktyabrın 10-da ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol nəqliyyat hadisəsi törətmə, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.