“Lorenso” qasırğası beşinci kateqoriyaya yüksəlib

“Lorenso” qasırğası beşinci kateqoriyaya yüksəlib

Atlantik okeanda formalaşan “Lorenso” qasırğası beşinci kateqoriyaya yüksəlib.

24media.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Qasırğalar üzrə İzləmə Mərkəzi məlumat yayıb.

Qasırğanın bazar günü axşamdan başlayaraq zəifləyəcəyi gözlənilir. Bir neçə gün sonra isə qasırğanın Azor adaları sahillərinə çatacağı proqnozlaşdırılır.