Azərbaycan XİN Yaponiyanın yeni Xarici İşlər nazirini təbrik edib

Azərbaycan XİN Yaponiyanın yeni Xarici İşlər nazirini təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Toşimitsu Moteqini Yaponiyanın Xarici İşlər naziri təyin olunması münasibətilə təbrik edib.

24media.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi "Twitter" səhifəsində bildirilib.

“Toşimitsu Moteqini Yaponiyanın Xarici İşlər naziri təyin olunması münasibətilə ürəkdən təbrik edirik. Azərbaycan və Yaponiya arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün onunla çalışmağı səbirsizliklə gözləyirik”, - qeyd olunub.