Həbib Nurməhəmmədovun növbəti döyüşü kimlə olacaq?

Həbib Nurməhəmmədovun növbəti döyüşü kimlə olacaq?

Rusiyanın dağıstanlı döyüşçüsü Həbib Nurməhəmmədov növbəti döyüşünü kanadalı Corc Sen-Pyer ilə keçirə bilər.

24media.az "RİA Novosti"-yə istinadən bildirir ki, bu barədə Nurməhəmmədovun agenti Əli Abdel Əziz məlumat verib.
“Bildiyimə görə, Həbibin növbəti rəqibi Sen-Pyer olacaq. Fergüson istədiyini əldə etməyəcək. Nurməhəmmədov mənə zəng edib Sen-Pyerlə döyüşmək istədiyini söyləsə, deməli belə də olacaq. Makqreqorun Həbiblə yenidən döyüşmək istəməsi ilə bağlı sözləri isə heç bir əhəmiyyət kəsb etmir”, - Əli Abdel Əziz bildirib

Qeyd edək ki, bir müddət öncə Həbib Nurməhəmmədovun növbəti döyüşü amerikalı Toni Fergüsonla olacağı ehtimal edilirdi.