Qasırğaya görə 17 min sərnişin aeroportda qalıb

Qasırğaya görə 17 min sərnişin aeroportda qalıb

Yaponiyada tüğyan etmiş "Faksay" qasırğası ilə əlaqədar Narita hava limanında 17 min sərnişin qalıb.

24media.az Trend-ə istinadən xəbər verir ki, təbiət hadisəsi ilə əlaqədar avtobus və qatarların hərəkəti dayanıb.

Hava limanında qalan sərnişinlərə yataq çantaları, su və qida verilib.

Bundan başqa, üç prefekturada elektrik enerjisi kəsilib. Hökumət xəstəxana və sığınacaqlarda enerjinin kəsintisiz verilməsi üçün 200-dən çox generator quraşdırmağı planlaşdırır.