Masallıda zəlzələ olub

Masallıda zəlzələ olub

Yerli vaxtla saat 06:45-də Lənkaran stansiyasından 26 km cənub-şərqdə Masallı rayonunda 3,1 bal gücündə zəlzələ qeydə alınıb.

Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən ilkin məlumatlara əsasən, zəlzələ 19 km dərinlikdə baş verib.