“Apple” ilk dəfə “YouTube”da yeni qurğularının təqdimatını edəcək

“Apple” ilk dəfə “YouTube”da yeni “iPhone” və digər qurğularının təqdimatını yayımlayacaq.
24media.az xəbər verir ki, təqdimat 10 sentyabr 2019-cu il tarixinə planlaşdırılır.
Qeyd edək ki, bundan əvvəl “Apple”ın təqdimatını canlı yayımla yalnız “Safari” və “Edge” brauzerindəki şirkətin veb saytında, 2018-ci ildən isə “Chrome” və “Firefox”da izləmək mümkün idi. Həmçinin 2018-ci ildə şirkət öz tədbirlərini “Twitter”də də yayımlamağa başlayıb.