Rusiya KXDR-ə humanitar yardım göndərmək imkanlarını nəzərdən keçirəcək

Rusiya KXDR-ə humanitar yardım göndərmək imkanlarını nəzərdən keçirəcək

Rusiya Şimali Koreyaya ikitərəfli kanallar vasitəsilə humanitar yardımın mümkünlüyü barədə düşünür.
24media.az xəbər verir ki, bu sözləri RİA Novosti-yə müsahibəsində Rusiya Federasiyasının KXDR-dəki fövqəladə və səlahiyyətli səfiri Aleksander Matseqora söyləyib.
Matseqoranın sözlərinə görə, Şimali Koreyada qida  ilə bağlı vəziyyət çətin olaraq qalır.
“Ölkəmiz Ümumdünya Ərzaq Proqramı və digər beynəlxalq təşkilatlar vasitəsilə mütəmadi olaraq KXDR-ə humanitar yardım göndərir. İkitərəfli əsasda yardım məsələsinə baxılır - burada ərzaq vəziyyəti çətin olaraq qalır. Keçən il məhsul orta səviyyədən aşağı idi və bu il, bizim hesablamalarımıza görə, taxıl yığımı daha da aşağı düşəcək - Koreyalıların dediyi kimi, ən sərt "kral" quraqlığı məhsulu tələf etdi”, - deyə Rusiya Federasiyasının KXDR-dəki fövqəladə və səlahiyyətli səfiri Aleksander Matseqora qeyd edib.