Luis Rapozu Beynəlxalq Muzeylər Şurasının prezidenti vəzifəsinə seçilib

Luis Rapozu Beynəlxalq Muzeylər Şurasının prezidenti vəzifəsinə seçilib

Portuqaliyalı arxeoloq Luis Rapozu bu gün Beynəlxalq Muzeylər Şurasının (ICOM) prezidenti vəzifəsinə seçilib.

24media.az xəbər verir ki, bu məlumat həmin beynəlxalq təşkilatın Kiotoda keçirilmiş 25-ci illik konfransında elan edilib.

İCOM muzeylərin və muzey işçilərinin ən böyük beynəlxalq təşkilatdır. 1946-cı ildə yaradılmış bu təşkilat təbii və mədəni maddi və qeyri-maddi dünya irsinin qorunub saxlanması və inkişafı məsələləri ilə məşğul olur.