Avtobus yük maşını ilə toqquşub: Yaralılar var

Avtobus yük maşını ilə toqquşub: Yaralılar var

İranın şimalında yerləşən Simnan vilayətinin Şahrud rayonunda Abbasabad-Miyami yolunda avtobus yük maşını ilə toqquşub.

24media.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

M.Xaledinin sözlərinə görə, səhər saat 05:16-da baş verən qəzada 23 nəfər yaralanıb.

Rəsmi əlavə edib ki, hadisə yerinə bir ədəd təcili yardım vertolyotu və təcili yardım maşınları ezam olunub.

Yaralılar xəstəxanaya yerləşdirilib.