14 yaşlı oğlan beş ailə üzvünü güllələyərək qətlə yetirib

14 yaşlı oğlan beş ailə üzvünü güllələyərək qətlə yetirib

ABŞ-da yeniyetmə ailə üzvlərini güllələyib.

24media.az-ın CNN telekanalına istinadən verdiyi xəbərə görə, hadisə Alabama ştatının Elkmon şəhərində baş verib. 
Hadisəni törədən 14 yaşlı oğlan polis tərəfindən saxlanılıb. O, cinayətini etiraf edib.
Polis hadisə yerindən üç nəfərin cəsədini tapıb. İki nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatıdırılsa da, orada vəfat edib. 

Hadisənin motivi hələlik məlum deyil. Araşdırma aparılır.