Türkiyədə yük maşını yaşayış evinə çırpılıb, ölənlər var

Türkiyədə yük maşını yaşayış evinə çırpılıb, ölənlər var

Türkiyənin Kayseri şəhərində yük maşını yaşayış evinə çırpılıb.

24media.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfər həlak olub. Qeyd edilir ki, yaşayış evinin böyük hissəsi uçub, dağıntılar altında insanlar ola bilər.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.