Madriddə güclü yağış: Metro və aviareyslər dayanıb

Madriddə güclü yağış: Metro və aviareyslər dayanıb

İspaniyanın paytaxtı Madriddə güclü yağışlar nəticəsində həyat iflic olub.

24media.az Trend-ə istinadən xəbər verir ki, küçələri su basıb, yollar bağlanıb. Eləcə də, metronun bir neçə stansiyası işini dayandırıb.

Paytaxt aeroportunda aviareyslər ləngiyib. Baraxas aeroportunda eniş edəcək təyyarələr digər hava limanlarına yönləndirilib.

Güclü yağışlar nəticəsində paytaxtda mindən artıq insident qeydə alınıb.