Braziliya G7-nin maddi yardımını qəbul etməyəcək

Braziliya G7-nin maddi yardımını qəbul etməyəcək

Braziliya G7 sammitində Amazon meşələrindəki yanğınla mübarizə aparan ölkələr üçün razılaşdırılan 20 milyon dollar maddi yardımı qəbul etməyəcək.

24media.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə braziliyalı rəsmilər bildiriblər.

Braziliya Prezident Administrasiyasının rəhbəri Oniks Lorenzoni deyib ki, Braziliya hökuməti bu yardımı müsbət qiymətləndirir, lakin bu resurslar Avropada meşələrin salınması üçün daha uyğun ola bilər.

Ölkənin Ətraf mühit naziri Rikardo Sayes isə daha öncə G7-nin bu dəstəyinə qarşı müsbət fikir bildirsə də, Prezident Bolsonaronun nazirlərlə görüşündən sonra açıqlamasında “Braziliya heç vaxt Fransa Prezidenti Makronun niyyətində olduğu müstəmləkəçi və imperialist təcrübələrə sahib olmayan demokratik, azad bir xalqdır", - deyə bildirib.