“Soyuz MS-14” ikinci cəhddən sonra müvəffəqiyyət qazanıb

“Soyuz MS-14” ikinci cəhddən sonra müvəffəqiyyət qazanıb

Göyərtəsində “Fyodor” (Skybot F-850) adlı antropomorfik robotun olduğu Rusiyanın “Soyuz MS-14” gəmisi ikinci cəhddən sonra avtomatik birləşmə rejimində uğurla Beynəlxalq Kosmik Stansiyaya birləşib.

24media.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Rusiyanın Uçuşların İdarəedilməsi Mərkəzindən bildiriblər. Kosmik gəminin birləşmə prosesi canlı yayımda təqdim edilib. “Soyuz MS-14”ün avqustun 24-də həyata keçirilən ilk birləşmə əməliyyatı uğursuzluqla nəticələnib. Bundan sonra o, təhlükəsiz məsafəyə geri çəkilib və Rusiyanın Uçuşların İdarəedilməsi Mərkəzinin mütəxəssisləri problemi aradan qaldırmağa nail olublar.

Avqustun 22-də start götürən kosmik gəminin göyərtəsində robotla yanaşı, müxtəlif çeşidli yüklər də var.

“Fyodor” (Skybot F-850) robotu sentyabrın 7-də Yerə qayıdacaq.