Türkiyə HHQ İraqın şimalında 9 terrorçunu zərərsizləşdirib

Türkiyə HHQ İraqın şimalında 9 terrorçunu zərərsizləşdirib

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İraqın şimalında yerləşən Haftanin rayonunda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.

24media.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Tvitter" səhifəsində deyilir.

Məlumata əsasən, hava zərbələri nəticəsində 9 PKK terrorçusu zərərsizləşdirilib. Bundan əlavə, terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.

Xatırladaq ki, mayın 27-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda "Pənçə" (Pəncə) adı alan irimiqyaslı əməliyyata başlayıblar.