İsrail Husilərə hücum etmək üçün hazırlaşır

İsrail Husilərə hücum etmək üçün hazırlaşır

İsrail Yəmən müqavimət hərəkatı olan Husi-Ənsarullah mövqelərinə hücum etməyi planlaşdırır.

Bu barədə 24media.az Küveytin "Əl-Caridə" qəzetinə istinadən xəbər verir.
Qəzetdə yazılanlara əsasən, İsrailin xarici kəşfiyyat orqanı "Mossad" artıq bu istiqamətdə hazırlıqlara başlayıb.

Qeyd edək ki, iraqlı ekspertlər bu yaxınlarda hökumət qüvvələri olan Həşd-əl-Şabi qruplaşmasının hərbi mövqelərində baş verən partlayışları da İsraillə əlaqələndirir.
İsrailin baş naziri Benyamin Netanyahunun bu xəbəri yalanlamaması ekspertlərin bu fikrini daha da qüvvətləndirir.