Yığmamızın sabiq baş məşqçisi vəfat edib

Yığmamızın sabiq baş məşqçisi vəfat edib

Futzal üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Milton Luis Ziller Junior vəfat edib.

24media.az-ın məlumatına görə, braziliyalı mütəxəssis 57 yaşında dünyasını dəyişib.
Braziliyada “Riu Qrande du Sul” klubunu çalışdıran Miltinyo ötən həftə keçirdiyi insultdan sonra xəstəxanaya yerləşdirilib və orada ölüb. 

Qeyd edək ki, "Professor" ləqəbli baş məşqçi 2016-cı ildə Kolumbiyada keçirilmiş dünya çempionatının final mərhələsində millimizin baş məşqçisi olub. Yığmamız ilk dəfə iştirakçısı olduğu mundialda mübarizəni 1/4 finalda dayandırıb.