Britaniya telekanalı Putin haqqında sənədli film çəkəcək

Britaniya telekanalı Putin haqqında sənədli film çəkəcək

Britaniyanın “Chanel 4” telekanalı Rusiya prezidenti Vladimir Putin haqqında üç hissəli sənədli film çəkəcək. 24media TASS agentliyinə istinadən bildirir ki, bu barədə telekanalın rəsmi saytında məlumat yerləşdirilib.

“Hazırda dünyada nələrin baş verdiyini başa düşmək üçün Vladimir Putini başa düşmək lazımdır. Putin 21-ci əsrin ən önəmli siyasətçilərindən biri kimi öz müqavimətini nümayiş etdirdi. Bu çox hissəli film, keçmiş kəşfiyyat məmurunun siyasəti necə dəyişdiyini və bunun bütün dünyaya təsirini izah edəcək”, – deyə  filmin icraçı prodüseri Ceyms Roqan bildirib.

24media xəbər verir ki, film yaradıcıları arxiv materiallarından istifadə etməyi, prezidentə yaxın və "onun hərəkətlərindən ən çox təsirlənən" insanlar ilə müsahibələri daxil etməyi planlaşdırır. Onlar həmçinin bildiriblər ki, film Putinin şəxsi təcrübəsinin onun siyasətinə necə təsir etdiyini, xəyanət, qürur və qəzəb hissi ilə müasir Rusiyanın necə qurulduğunu, o cümlədən Rusiya liderinin dəyərlərinin dünyanın müxtəlif yerlərinə - Krımdan Salsberi və Vaşinqtona necə ixrac edildiyini izah edəcək.

Qeyd edək ki, filmin çəkilişləri Rusiya, ABŞ, Avropa və İngiltərədə baş tutacaq.