DYP avtomobili zənciravri qəzanın iştirakçısına çevrilib

DYP avtomobili zənciravri qəzanın iştirakçısına çevrilib

Mingəçevirdə YPX-yə məxsus avtomobilin də iştirakı ilə zəncirvari yol qəzası baş verib.

24media.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə gecə saatlarında M.Maqomayev prospektində baş verib.
Belə ki, “VAZ 2107”, “VAZ 21099” və YPX-yə aid “BMW” markalı avtomobillər toqquşub. Toqquşmanın təsirindən "BMW" idarəetmədən çıxaraq səkiyə qalxıb. Qəza nəticəsində sürücülər yüngül xəsarətlə qurtulsa da, “VAZ 2107”-də olan və xəsarəti nisbətən ciddi olan 1973-cü il təvəllüdlü şəhər sakini Allahverdiyev Tapdıq Aslan oğlu xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.