Putin və Makron Qarabağ problemini müzakirə ediblər

Putin və Makron Qarabağ problemini müzakirə ediblər

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya və Fransa prezidentlərinin müzakirə mövzusu olub. 

24media.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Dmitri Peskov bildirib  ki, Vladimir Putin və Emmanuel Makron Breqansonda keçirilmiş görüşün gedişatında regional münaqişələri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər. 

Dövlət başçıları iqlim dəyişikliyi üzrə danışıqlara kifayət qədər ciddi yanaşıblar. Görüşdə Arktikanın mənimsənilməsi də diqqət mərkəzində olub.