İraq aviabazasında yanğın baş verib

İraq aviabazasında yanğın baş verib

İraqın Salah əd-Din vilayətindəki Əl-Bəkr aviabazasında silah-sursat anbarında yanğın olub.

24media.az xəbər verir ki, bu barədə İraqın "NRT" telekanalı bildirib.

Məlumata əsasən, yanğının baş vermə səbəbi hələlik məlum deyil.

Bildirilir ki, aviabaza "Əl-Xəşd əş-Şaabi" qoşunlarına məxsusdur. Yanğın hələ ki, məhdudlaşdırılmayıb.