Cavad Zərif: “Trampın ikinci dəfə prezident seçilməsi ehtimalı yüksəkdir”

Cavad Zərif: “Trampın ikinci dəfə prezident seçilməsi ehtimalı yüksəkdir”

"Donald Trampın daha 4 il müddətində ABŞ Prezidenti olacağı ehtimalı kifayət qədər yüksəkdir". 

24media.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif İsveçdə yaşayan həmvətənləri ilə görüşdə deyib. 
“Donald Trampın yeni qələbəsinin ehtimalı yüksəkdir. Göründüyü kimi, onun iqtisadi siyasəti ABŞ-a uzunmüddətli perspektivdə fayda gətirməyəcək. Trampın dünyanı daha 4 il bezdirəcəyi şansı çox yüksəkdir”, - deyə M.C.Zərif deyib.