“Brexit” üçün son gün təyin edildi

“Brexit” üçün son gün təyin edildi

Böyük Britaniyanın Baş naziri postuna namizəd, Xarici İşlər Naziri Ceremi Hant sentyabrın 30-nu “Brexit” üçün son gün təyin edib. Bu barədə 24media AZƏRTAC-a istinadən xəbər verir.

O, bildirib ki, əgər Baş Nazir seçilərsə, ya Brüssellə “Brexit” danışıqlarını sentyabrın sonuna kimi başa çatdıracaq, ya da heç bir razılaşma olmadan İttifaqı tərk edəcək. Hant, həmçinin “Brexit” hazırlıqları ilə məşğul olan “Whitehall” rəsmilərinə avqust ayında istirahətə getməyə icazə verməyəcəyini bildirib.

“Avropa İttifaqı bilməlidir ki, “Brexit”in uğurlu olması üçün lazım olanı edəcəyik", - deyə o bəyan edib.

Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri postu uğrunda iki namizəd - Ceremi Hant və Boris Conson mübarizə aparır.