Bakıda yol qəzası olub, 2 nəfər xəsarət alıb

Bakıda yol qəzası olub, 2 nəfər xəsarət alıb

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Yol qəzası Dərnəgül yolunda, “Bakmil” stansiyasının yaxınlığında qeydə alınıb.

Qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yaralılar belin küt travması diaqnozu ilə 1 saylı Klinik Tibbi Mərkəzə gətiriliblər.

Onların vəziyyəti orta-ağırdır.