“Minsk 2019”: Mariya Stadnik finala yüksəlib

“Minsk 2019”: Mariya Stadnik finala yüksəlib

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik “Minsk 2019” II Avropa Oyunlarında finala yüksəlib.

24media-nın "Report"a istinadən verdiyi məlumata görə, 50 kq çəkidə çıxış edən olimpiya mükafatçısı yarımfinalda türkiyəli Evin Demirhan ilə üz-üzə gəlib. Görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 6:1.

Qeyd edək ki, bu gün həmçinin Elmira Qəmbərova (62 kq) və Sabirə Əliyeva da yarımfinal görüşlərinə çıxacaq. Stadnikin həlledici qarşılaşmada rəqibi ukraynalı Oksana Livaç olacaq.