Ağ evin yeni mətbuat katibinin adı açıqlanıb

Ağ evin yeni mətbuat katibinin adı açıqlanıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Ağ evin mətbuat xidməti postuna Stefani Qrişamın təyinatını təsdiqləyib.

24media AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə “Twitter” vasitəsilə birinci xanım Melani Tramp bildirib. O deyib: “Mən şadam ki, Stefani Qrişamın Ağ evin yeni mətbuat katibi və kommunikasiyalar üzrə direktoru təyin edilməsi xəbərini çatdırıram. O, 2015-ci ildən bizimlədir. Mən ABŞ Prezidenti ilə birgə Administrasiyaya və bizim ölkəmizə xidmət edəcək daha münasib adam təsəvvür edə bilmirik”.

Yeni mətbuat katibi səlahiyyətlərinin icrasına iyulun 1-dən başlayacaq.

S.Qrişam Şon Spayser və Sara Sandersdən sonra Prezident Trampın üçüncü mətbuat katibi olacaq. Ötən həftə Sanders ayın sonunda vəzifəsindən gedəcəyini bildirmişdi.