İndoneziyada zəlzələ baş verib

İndoneziyada zəlzələ baş verib

İndoneziyada 6 bal gücündə zəlzələ baş verib.

24media xəbər verir ki, İndoneziyanın Meteorologiya, İqlim və Geofizika İdarəsi (BMKG) mərkəzi əyalətə bağlı Mamberamo bölgəsinin mərkəzində baş verən 6 bal gücündəki zəlzələnin ərazinin 48 kilometr cənub-şərqində, yerdən 15 km dərinlikdə olduğunu açıqlayıb.

Zəlzələnin həyat və ya əmlak itkisi ilə nəticələnə biləcəyinə dair heç bir iddia yoxdur.

Qeyd edək ki, zəlzələdən sonra UNSC və Sunami Mərkəzi sunami təhlükəsinin olmadığını bildirib.