Minsk-2019: Kamran Şahsuvarlı oyunlarla vidalaşıb

Minsk-2019: Kamran Şahsuvarlı oyunlarla vidalaşıb

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boksçuların mübarizəsi davam edir.

Üçüncü yarış günündə Azərbaycan millisinin daha bir idmançısı rinqə çıxıb.

75 kq çəki dərəcəsində çıxış edən Kamran Şahsuvarlı 1/8 finalda qüvvəsini sınayıb. Boksçumuz “Uruçye Arena”da baş tutan yarışda Maykl Nevinlə (İrlandiya) görüşüb. O, qarşılaşmadan məğlub ayrılaraq, mübarizəni dayandırıb.