İstanbuldan ilkin nəticələr: İmamoğlu qələbəyə yaxındır

İstanbuldan ilkin nəticələr: İmamoğlu qələbəyə yaxındır

Türkiyənin İstanbul şəhərində keçirilən təkrar bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb.

24media-nın Trend-ə istinadən verdiyi məlumata görə, səslərin təxminən 96 faizinin hesablanmasından sonra Əkrəm İmamoğlu 53,72 faiz, Binəli Yıldırım isə 45,37 faiz səs toplayıb.

İlkin nəticələri şərh edən B.Yıldırım rəqibinin ondan öndə olduğunu və Ə.İmamoğlunun İstanbul yaxşı işlər görəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, bu gün İstabulda təkrar bələdiyyə seçkiləri keçirilir.

Əsas mübarizə Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım və Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu arasında gedir.

Qeyd edək ki, martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri zamanı İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından namizdə olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs qazanıb.

Hakim partiya İstanbulda səsvemənin nəticəsinə etiraz edib və seçkilərin təkrar keçirilməsi barədə qərar qəbul edilib.