Minsk-2019: Azərbaycan atıcısı 13-cü yeri tutub

Minsk-2019: Azərbaycan atıcısı 13-cü yeri tutub

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında çıxış edən Azərbaycan atıcısı Nigar Nəsirova daha bir növdə çıxışını başa vurub.

24media.az APA-ya istinadən xəbər verir ki, xanım idmançımız pnevmatik tapança ilə 10 metrdən atəş açmaqda mübarizə aparıb.

Təsnifat mərhələsində 295 xal yığan N.Nəsirova yarışda 13-cü yeri tutub. Bu nəticə ona finala yüksələn 8 idmançı arasına düşməyə imkan verməyib.

Qeyd edək ki, yarışın qalibi adına serbiyalı Zorana Arunoviç yiyələnib.