Bakıda 16 yaşlı oğlanı avtomobil vurub

Bakıda 16 yaşlı oğlanı avtomobil vurub

Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

24media APA-ya istinadən xəbər verir ki, hadisə Ağ Şəhər yaxınlığında baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü Bağırov Azər Emin oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı dərhal 1 saylı Şəhər xəstəxanasına çatdırılıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.